Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

“AzPolitika.info” xəbər verir ki, tarixində ilk dəfə bu turnirin pley-offuna yüksələn Ağdamın “Qarabağ” klubunun da rəqibi bəlli olacaq.

Püşkatma Bakı vaxtı ilə saat 16:00-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

Sözügedən mərhələnin qalibləri 1/8 finalda AL-in 8 qrup birincisinə qoşulacaq.

Qeyd edək ki, “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri - “Milan” (İtaliya), “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor”dur(Ukrayna). Pley-off görüşləri fevralın 15-də və 22-də baş tutacaq. Reqlamentə görə, “Qarabağ” ilk matçını səfərdə oynayacaq.

Qeyd etmək lazımdır ki, “Qarabağ”ın bütün rəqibləri Avropanın adlı-sanlı komandaları hesab olunurlar. Klubların heyətlərinin dəyəri də rəqiblərin hansı səviyyədə olduğunu göstərir. Heyətdəki oyunçularının dəyərinə görə, püşkatmadakı ən zəif rəqib “Yanq Boyz” hesab oluna bilər. Lakin bu klubun belə dəyəri “Qarabağ”dan nə az, nə çox düz 4 dəfə artıqdır.

“Qarabağ”ın digər potensial rəqiblərinin dəyərini təqdim edirik:

- “Milan” - 543.25 milyon avro;

- “Benfika” - 359,63 milyon avro;

- “Feyenoord” - 265.65 milyon avro;

- “Qalatasaray” - 236.58 milyon avro”

- “Lans” - 212.55 milyon avro;

- “Braqa” - 126.20 milyon avro;

- “Şaxtyor” (Donetsk, Ukrayna) - 113.00 milyon avro;

- “Yanq Boyz” - (İsveçrə) - 58.30 milyon avro

Qeyd edək ki, “Qarabağ”ın dəyəri 13.70 milyon avrodur.

“AzPolitika.info”