ABŞ Prezidenti Co Baydenin konvoyu qəzaya uğrayıb.
“AzPolitika.info” xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə, qəza Bayden və həyat yoldaşı Cil Baydenin Delaver ştatındakı tədbirə gedən zamanı baş verib. Qeyd olunub ki, yoldakı avtomobillərdən biri Baydeni qoruyan xüsusi xidmət orqanlarına məxsus maşınlardan birinə çırpılıb.
Hadisədə qısa müddətli çaxnaşma yaşansa da, Baydenin karvanı bölgəni problemsiz tərk edib və hadisənin sıradan bir qəza olduğu bildirilib.
“AzPolitika.info”



Şərhlər