Böyük Britaniyanın “The Economist” nəşri 2023-cü ildə ən yaxşı iqtisadi göstəricilər əldə edən ölkələrin siyahısını açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, qardaş ölkə Türkiyə Fransa, Hollandiya, İtaliya və Norveç kimi ölkələri geridə qoyub.

Məlumata görə, inflyasiyanın genişliyinin azaldığı və birjaların yüzdə 20 yüksəldiyi bir mühitdə Yunanıstan siyahıda birinci olmağı bacarıb. Təhlillərə görə, Yunanıstanın əsas inflyasiyasında 3,4 faiz artım və inflyasiya genişliyində 13,3 faiz azalma qeydə alınıb. İkinci sırada Cənubi Koreya, üçdə ABŞ, dörtdə İsrail qərarlaşıb, ilk beşliyi Lüksemburq tamamlayıb.

Qeyd edək ki, qardaş ölkə Türkiyə siyahının 15-ci pilləsində qərarlaşıb. Təhlillərə görə, Türkiyədə baza inflyasiyası 69,5 faiz, inflyasiyanın genişliyi isə mənfi 6,7 faiz olub.

Milli gəlirdə 3,3 faiz artım olduğu halda, məşğulluqda 0,1 faiz artım müşahidə olunub. Türkiyədə səhm qiymətləri yüzdə 20,6 artıb.

2023-cü ildə ən yaxşı iqtisadi göstəricilərə sahib olan digər ölkələri təqdim edirik:

1.Yunanıstan

2. Cənubi Koreya

3. ABŞ

4. İsrail

5. Lüksemburq

6. Kanada

7. Çili

8. Portuqaliya

9.İspaniya

10. Polşa

11. İrlandiya

12. Danimarka

13. Yaponiya

14. İsveçrə

15. Estoniya və Türkiyə

16. İtaliya

17. Meksika

18. Fransa

19. Sloveniya

20. Avstraliya

“AzPolitika.info”