“Hərbi rəsmilər və ekspertlər Rusiya-Ukrayna müharibəsinin cəbhədə dalana dirəndiyini şərh edərkən, Rusiya Prezidenti Vladimir Putin mümkün atəşkəs razılaşması üçün Ukrayna ilə danışıqlara can atır. Putin ilhaq etdiyi Ukrayna torpaqlarını saxlamaq şərti ilə atəşkəs razılaşmasına hazır olduğunu bəyan edib”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın aparıcı nəşrlərindən olan “The New York Times” məlumat yayıb. Qəzetin iddiasına görə, Putin bu ilin sentyabrından etibarən müxtəlif vasitəçilərin köməyi ilə danışıqlar masasına gəlmək istəyir.
Nəşr ABŞ və Rusiya mənbələrinə istinadla bildirir ki, Putin verdiyi bəyanatların əksinə, sentyabr ayından müxtəlif kanallar, o cümlədən ABŞ və Rusiya ilə təmasda olan üçüncü ölkələrin hökumətləri ilə qeyri-rəsmi təmaslar qurur. Mənbələrə görə, Rusiya lideri danışıqlar masası üçün zəmin yarandığını düşünür, çünki cəbhədəki vəziyyət hər iki tərəf üçün də dalana dirənib və Qərb Ukraynaya daha az dəstək verməyə başlayıb.
“Qərb rəsmiləri Rusiyanın işğal etdiyi və ilhaq etdiyi torpaqları geri alacağını vəd edən Kiyev administrasiyasının belə bir razılaşmaya müsbət yanaşacağını düşünmür. Putin mart ayında Rusiyada baş tutacaq prezident seçkilərindən Ukrayna ilə razılığa gəlib bunu öz xalqına “zəfər” kimi təqdim etməyə çalışacaq. Gələn il ABŞ-da keçiriləcək seçkilərdə Donald Tramp qalib gəlsə, Rusiya daha rahat masa arxasında əyləşə bilər”,- deyə NYT bildirir.
“AzPolitika.info”


Şərhlər