Menu

“Taliban” əfqanları musiqi və rəqs olmadan kütləvi şəkildə evləndirir – FOTO

26.12.2023, 14:03
“Taliban” əfqanları musiqi və rəqs olmadan kütləvi şəkildə evləndirir – FOTO

Əfqanıstanın paytaxtında 50 cütlüyün nikah mərasimi keçirib. Bu, kasıb ölkədə ənənəvi toyların astronomik xərclərini azaltmağa yönəlmiş artan təcrübədir.

2021-ci ilin avqustunda “Taliban” geri qayıtdıqdan sonra İslama zidd hesab edildiyi üçün toylarda rəqs və musiqi faktiki olaraq qadağan olunub.

Ötən gün ənənəvi şalvar-kamiz geyinmiş yüzə yaxın türbanlı kişi qruplar hava limanının yaxınlığındakı “City Star” şadlıq sarayına daxil olub, aralarında bir qadın da gözə dəyməyib. Yeni evlənənləri yola salmaq üçün maşınlar yaşıl lentlər və qırmızı plastik ürək formalı güllərlə bəzədilib. Ənənəvi patu şallarına bükülmüş yüzlərlə kişi qonaq çələnglərlə bəzədilmiş böyük, sərin salonda mərasimə qatılıb.

Əvvəllər ənənəvi toy etmək ən azı 200-250.000 əfqani (2800-3600 dollar) tələb edirdisə, indi bu rəqəm 10.000-15.000 əfqaniyə başa gəlir.

Tədbiri təşkil edən Selab Fondundan hər bir cütlüyə edilən ianələr 1600 dollara bərabərdir ki, bu, dünyanın ən yoxsul ölkələrindən birində böyük məbləğdir. Onlar şadlıq sarayından evlərinə həmçinin, evlilik həyatına başlamaq üçün tort, diş pastası, şampun və nəmləndirici dəst, xalça, yorğan və bir neçə məişət texnikası ilə yola salınıb.

Fəzilətin təbliği və pisliklərin qarşısının alınması nazirliyinin rəsmisi toyda çıxış edib, Qurani-Kərimdən parçalar oxunub.

Gəlinlər ayrı bir otaqda gözdən uzaq saxlanılıb, jurnalistlərin onlara yaxınlaşması qadağan edilib. Qadınlar yalnız nahardan sonra çarşablı halda görünüb.

Əfqanıstanda daha böyük, daha bahalı toylar 1000-dən çox qonağı bir araya gətirə bilər və bu, 20.000 dollardan çox başa gəlir. Ötən gün kütləvi toy üçün 600 cütlük müraciət edib. Onlar bu xoşbəxt gün üçün uzun müddət gözləməli olub.

SƏMLA

AzPolitika.info

Şərhlər

Eli 2023-12-26 14:33:34

Bu tip müselman ölkelerinin bu seviyyede olmalar tek dini milli faktorlar deyil,dünya xristian dünyasının maksimium narkotik satışından gelir götürmekeri üçün apardıqları iyrenc fahişe siyasetlerinin neticesidir.Bu milletde ise milli oyanış şse yıx seviyyesindedir.

Mehman 2023-12-26 14:29:32

çox gözəl. tam İSLAMİ qaydalarla.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol