Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada törədilən qətliamlara görə, növbəti dəfə İsrailin Baş naziri Benyamin Netanyahunu hədəf alıb.
"AzPolitika.info" xəbər verir ki, Baş naziri sərt sözlərlə tənqid edən Ərdoğan, Netanyahunun Hitlerdən heç bir fərqi olmadığını bildirib.
"Bu gündən etibarən hücumların başlamasından 80 gün keçir. Bütün insani dəyərlər gözümüzün qarşısında güllələndi. Siz Hitlerdən nə ilə fərqlənirsiniz? Netanyahu etdikləri ilə Hitlerdən geri qalırmı? Yox. Hitler bu qədər zəngin deyildi, amma bu Hitlerə görə daha varlıdır. Çünki Qərbdən və ABŞ-dan hər cür dəstək gəlir. Bütün bu dəstəklərin hesabına 20 mindən artıq qəzzalını öldürdülər",-deyə Ərdoğan bildirib.
"AzPolitika.info"


Şərhlər