Menu

Mütəşəkkil cinayətkar qruplardan ələ keçirilən lüks avtomobillər polisə verildi - VİDEO

28.12.2023, 12:45
Mütəşəkkil cinayətkar qruplardan ələ keçirilən lüks avtomobillər polisə verildi - VİDEO

Türkiyədə mütəşəkkil cinayətkar qruplardan ələ keçirilən avtomobillər məhkəmə qərarı ilə polisə verilib. 

"AzPolitika.info" xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabından paylaşım edib.

Nazir cinayətkarlara məxsus 23 avtomobilin artıq xidməti polis maşını kimi istifadə olunacağını bildirib. 

"Bundan sonra bu avtomobillər cinayətkarların deyil, polisimizin və millətimizin xidmətində olacaq" - deyə nazir bildirib.

Qeyd edək ki, müsadirə olunan avtomobillər arasında bu yaxınlarda çirkli pulların yuyulmasında ittiham edilərək həbs olunan Türkiyənin məşhur fenomeni Dilan Polatın da maşını var.

Şərhlər

Veteran 2023-12-29 23:05:01

Quduzlaşmışlar sizdə hazırlaşın !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol