Azərbaycanın Ermənistanın işğalında olan 8 kəndi ilə bağlı danışıqlarda iki variantdan biri üzrə razılaşmaq mümkündür.
«AzPolitika.info» xəbər verir ki, bunu Ermənistanın Ərazi idarəetməsi və infrastruktur üzrə naziri Qnel Sanosyan bildirib»

Azərbaycanın 8 kəndlə bağlı tələblərinə toxunan nazir deyib: “İndi proses elə təşkil oluna bilər ki, bu ərazilərin sahəsi müəyyən olunsun, onların hüquqi əsasları göstərilsin. Sonra iki proses baş verə bilər: biri mübadilə, digəri müəyyən sırf məkan tənzimləməsi. Yəni ərazilərin tərk edilməsi. Bu suala da delimitasiya, demarkasiya prosesi zamanı cavab verilə bilər”.
"AzPolitika.info"


Şərhlər