Menu

"Ədalətsiz və sabitsiz dünya nizamının son çırpıntılarını yaşadığına inanırıq" - Ərdoğan

01.01.2024, 10:58
"Ədalətsiz və sabitsiz dünya nizamının son çırpıntılarını yaşadığına inanırıq" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni illə bağlı videomüraciətində ədalətsiz və sabitsiz dünya nizamının son çırpıntılarını yaşadığına inandıqlarını söyləyib.

“Report”un məlumatına görə, dövlət başçısı Türkiyənin inkişafına mane olmaq istəyənlərin olduğunu bildirib: “Bunun üçün terrordan, iqtisadi təzyiqlərə qədər müxtəlif vasitələrdən istifadə edirlər”.

Ərdoğan deyib ki, Türkiyə məqsədlərinə çatmaq üçün heç vaxt qurban verməkdən çəkinməyib: “Millətimiz həmrəylik göstərdikcə bizi kimsə parçalaya bilməz. Müxtəlif sahələrdəki uğurlarımızla dostlarımıza inam, düşmənlərimizə qorxu verməyə davam edəcəyik”.

Türkiyə lideri vurğulayıb ki, 2024-cü ilin ölkəsi üçün uğurlu olacağına inanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol