Menu

Finlandiya Rusiya ilə sərhədi daha uzun müddət bağlı saxlaya bilər

09.01.2024, 20:05
Finlandiya Rusiya ilə sərhədi daha uzun müddət bağlı saxlaya bilər

Finlandiyanın Baş naziri Petteri Orpo Rusiyanın üçüncü ölkələrdən qaçqınları sərhədə göndərməsi təhlükəsi olarsa, yanvarın 14-ü başa çatacaq mövcud lokdaunu davam etdirəcəklərini, Rusiya ilə sərhədi açmayacaqlarını istisna etməyib.

“Report” xəbər verir ki, o bu barədə “Yle” portalına müsahibəsində bildirib.

“Hazırda məndə olan məlumata əsasən, Rusiyada heç nə dəyişməyib. Rusiyanın əməliyyatını dərhal bərpa edəcəyinə dair aydın əlamətlər və ya təhdidlər olarsa, Finlandiya sərhədi açmayacaq”, - Orpo deyib.

O qeyd edib ki, qərar qəbul etmək üçün səlahiyyətli orqanlar tərəfindən hərtərəfli qiymətləndirmə aparılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol