Menu

Abutalıbovun oğlu İstanbulda tarixi binanı bu hala saldı - FOTO

11.01.2024, 12:52
Abutalıbovun oğlu İstanbulda tarixi binanı bu hala saldı - FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov İstanbulda tarixi binaya qanunsuz müdaxilə edib.

İsrafil Abutalıbov İstanbulun Fatih bölgəsində yerləşən tarixi binanın üstündə yeni mərtəbə inşa edib.

Nəşrin məlumatına görə, həmin bölgədə bir çox mülkə sahib olan İsrafil Abutalıbov bərpa adı altında binanın xarici görünüşünə xələl gətirib. Məsələ ilə bağlı şikayət edilsə də, binada inşaat işləri davam etdirilib.

İstanbul Böyük Şəhər Bələdiyyəsinə, Fatih Bələdiyyəsinə, eyni zamanda, aidiyyəti qurumlara edilən şikayətlərdən sonra binada lazımi yoxlamalar aparılıb və qanunsuz əlavələrin olduğu müəyyən edilib.

Qeyd edilib ki, lakin heç bir söküntü aparılmayıb, prokurorluğa müraciət isə nəticəsiz qalıb.(oxu.az)

Şərhlər

musa 2024-01-18 16:13:09

Abutlibovu Stambula mer goysaydilar indi korpunude sokub demirini satmisdi

Qorxmaz Vəliyev 2024-01-11 14:16:10

Niyə Azərbaycan hakimiyyəti Abutalıbovun Türkiyədə əmlakların hansı vəsaitlə aldığı ilə maraqlanmır?Bəzi adamlara rüşvət yığmaq,talançılıq etmək i qanunsuz əldə etdikləri vəsaitləri xaricə transfer etmək icazəsi verilib? Belə biabırçılıq və soyğunçuluğa nə zaman son qoyulacaq.?Xalq yaşam mücadiləsi verir.bunlar mənimsəyib xaricə daşıyırlar.

Tahir 2024-01-11 13:08:13

Dədəsinin oğludur də. Həyasızlıqda, sırtıqlıqda, qanunu öz istəklərinə uyğun qanmaqda...Hələ türklər sevinsin ki, tamam sökməyib. Aqlaylamayıb, mərmər barduyurlamayıb.

Roma 2024-01-11 13:00:31

Bu insana deyən gərək, sənə bu lazımdı??? bir 3-4 otağlı mənzildə sakitcə yaşaya bilmirsən, niyə başıva məcara axtarırsan???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol