Menu

ABŞ ORDUSUNUN 100 MİLYON DOLLARINI OĞURLAYAN QADIN KİMDİR? – “Onu 142 il həbs cəzası gözləyir”

12.01.2024, 14:05
ABŞ ORDUSUNUN 100 MİLYON DOLLARINI OĞURLAYAN QADIN KİMDİR? – “Onu 142 il həbs cəzası gözləyir”

ABŞ-da ağlasığmaz dələduzluq faktı ortaya çıxıb.

“AzPolitika.info” xəbər verir ki, Texasda yaşayan 57 yaşlı Janet Yamanaka Mello dələduzluq yolu ilə ABŞ ordusunun nə az, nə çox düz 100 milyon dollar vəsaitini mənimsəyib.

Məlumata görə, qadın sözügedən vəsaiti ələ keçirmək üçün 2016-cı ildə xüsusi bir plan qurub. O, əvvəlcə “Uşaq Sağlamlığı və Gəncliyin Ömür Boyu İnkişafı” adlı saxta təşkilat yaradıb. Daha sonar saxta sənədlərlə 7 il ərzində ordudan bu təşkilat üçün 100 milyon dollardan çox pul alıb. Mello qarşı tərəfi bu vəsait hesabına orduda xidmət edən hərbçilərin ailələrinə yardım etdiyinə inandıra bilib.

Mello ələ keçirdiyi vəsait hesabına özünə ABŞ-nin müxtəlif yerlərində - Kolorado, Merilend, Nyu Meksiko, Texas və Vaşinqtonda 31 fərqli daşınmaz əmlak, dəbdəbəli avtomobilllər və zinət əşyaları alıb.

Hesabata görə, onun təkcə Prestonda 58 hektar ərazidə yerləşən bir malikanəsinin dəyəri 3,1 milyon dollardır.

Səlahiyyətlilər həmçinin Mello ilə əlaqəli altı müxtəlif hesabdan 18 milyon dollardan çox nağd pul ələ keçiriblər.

İttiham aktında həmçinin Mellonun iddia edilən cinayət əməli nəticəsində əldə etdiyi gəlir və əmlakın müsadirə edilməsi barədə bildiriş var.

Ədliyyə Departamentindən bildirilib ki, Mello təqsirli bilinərsə, onu təxminən 142 il həbs cəzası gözləyir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol