Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə bağlı 22 nəfərin travma səbəbilə müraciəti qeydə alınıb.
Bu barədə "Report"a TƏBİB-dən bildirilib.
Müxtəlif bədən xəsarətləri, xüsusilə ətrafların travması diaqnozu ilə 22 nəfər profil üzrə xəstəxanalara təxliyə olunublar.
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejiminə keçib.
Relyefi çətin ərazilərdə xidmət göstərmək üçün sanitar avtomobillər ("Mitsubishi Pajero", "UAZ", "Mercedes Vito", "Volkswagen" markalı) hazır vəziyyətə gətirilərək xəttə buraxılıb.
Eyni zamanda digər sanitar avtomobillərin də texniki vəziyyəti çətin hava şəraitində xidmət göstərmək üçün uyğunlaşdırılıb.


Şərhlər
.Şəhər təsərrüfatı niyə bu hala düşüb?Hanı qarlı havada yollara,küçələrə duz tökən maşınlar,gediş gəliş yoıııarına xidmət.magistral yollara duz səpilməsi?Niyə bu məsələ yaddan çıxarılıb.yada düşmür?Niyə səlahiyyətlilər öz vəzifələrini unudub əhaliyə xəbərdarlıq göbdəri?Nə oldu?
Belə hallarda yollara kim xidmət etməlidir?Hanı o qurumlar? Niyə bunu soran yoxdur?