Menu

"Bakı sülh müqaviləsi imzalamağa hazırdır, İrəvan isə..." - Lavrov Ermənistanı ifşa etdi

18.01.2024, 15:50
"Bakı sülh müqaviləsi imzalamağa hazırdır, İrəvan isə..." - Lavrov  Ermənistanı ifşa etdi

“Azərbaycan Rusiya platformasında sülh müqaviləsi imzalamağa hazırdır – bu, faktdır. İrəvanın buna nə dərəcədə hazır olduğu hələ məlum deyil”.

"AzPolitika.info" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistin sualını cavablandırarkən deyib.

Lavrov qeyd edib ki, Ermənistanla Azərbaycan arasında normallaşma istiqamətində irəliləyişin olmaması Qərbin məsləhəti ilə oturub-duran İrəvanın mövqeyindən qaynaqlanır.

“İrəvanın kimdən məsləhət aldığını bilmirəm, amma Rusiya-Ermənistan-Azərbaycan əməkdaşlığının marşrutların açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin hazırlanması ilə nəticələnəcəyini anlayan kimi Avropa İttifaqı, Fransa, Almaniya və ABŞ-nin dərhal bu proseslərə dəvətsiz sızmağa başladıqlarını gördük”, - deyə Lavrov bildirib.

"AzPolitika.info"

Şərhlər

Гражданин 2024-01-18 15:25:53

Если это говорит Лавров, то на самом деле всё наоборот

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol