Menu

İsrail ordusu Dəməşqi bombalayıb - SEPAH-ın generalı və daha 4 zabiti ölüb

20.01.2024, 16:03
İsrail ordusu Dəməşqi bombalayıb - SEPAH-ın generalı və daha 4 zabiti ölüb

İsrailin Dəməşqə raket hücumu nəticəsində İran İnqilab Keçikçiləri Qvardisyanın (Sepah) Qüds qoşununun generalı və daha 4 zabiti ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, SEPAH məlumatı təsdiqləyib.

Bildirilib ki, Qüds qoşununun kəşfiyyat xidmətinin komandiri general Yusif Ümidzadə və daha 4 zabit Dəməşqin qərbində yerləşən Mezze məhəlləsinə endirilən raket zərbələrin nəticəsində ölüb.

Məlumata görə, hücum 3 təyyarə ilə reallaşdırılıb. İran zabitlərinin qaldığı 4 mərtəbəli bina tamamilə dağılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol