Menu

İlham Əliyevin siyasi kursu - müstəqil Azərbaycanın tərəqqisinin əsası kimi

27.01.2024, 13:25
İlham Əliyevin siyasi kursu - müstəqil Azərbaycanın tərəqqisinin əsası kimi

“Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların fəal üzvüdür və bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə həyata keçirilə bilməz. Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bütün bunlar Heydər Əliyevin xidmətləridir”

İlham Əliyev

Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası həmişə yaşar, uzaqgörən və əbədidir. 2003-cü ilin prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına tarixi müraciətdə Ulu Öndər demişdir: “Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcəkdir”.

Bütün varlığı ilə Azərbaycana bağlı olan böyük şəxsiyyət, görkəmli dövlət xadimi, dahi lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun beynəlxalq miqyasda inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Ulu Öndərin xalqımız qarşısında tarixi xidmətlərindən biri də davamlı inkişaf yoluna qədəm qoymuş Azərbaycanın dövlət müstəqilliyini daha da gücləndirilməsinə xidmət edən layiqli davamçısını yetişdirməsidir. Böyük türk dünyasının görkəmli dövlət xadimi olan Heydər Əliyevi Azərbaycan xalqının tarixi şərəfli bir irsi kimi davam etdirmək hər bir azərbaycanlının mənəvi borcudur. Bü gün yüksək təfəkkür, zəngin dövlətçilik təcrübəsinə malik, praqmatik lider Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış nailiyyətlər Heydər Əliyev irsini tamamlayır və dayanıqlı inkişafa doğru aparır.

Azərbaycanın Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqiliyyinin təmin olunmasına xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən yeni geosiyasi şəraitdə yüksək bacarıqla həyata keçirilir. Fəxarətlə deyə bilərik ki, Prezident İlham Əliyevın apardığı xarici və daxili siyasət Ümummilli Lider Heydər Əliyev kursunun layiqli və ardıcıl davamıdır. Bu siyasətin təməlində Azərbaycanın müstəqiliyyinin qorunması, iqtisadiyyatının inkişafı və xalqın maddi rifah halının yaxşılaşdırılması durur. Prezident İlham Əliyev 2003-cü ildə xalqa verdiyi vədə sadiq qalaraq öz fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının layiqli Prezidenti olduğunu sübut etmişdir.

Azərbaycan xalqı üçün 2020-ci ilin payızı tarixinin ən şərəfli dönəmlərindən biri hesab edilir. 44 günlük müharibə dövrü ərzində Ali Baş Komandan Prezident İlham Əliyevin strateji rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək, xalqın uzunmüddətli həsrətinə son qoymuşdur. Rəşadətli Azərbaycan Ordusunun Prezident İlham Əliyevin mükəmməl hərbi strategiyasının nəticəsi olan bu Şanlı Qələbəsinin mənəvi töhvəsi olan ruh yüksəkliyi Azərbaycan cəmiyyətində xalqın özgüvəninin yüksəlməsi, qamətinin dikəlməsi, onun qalib obrazı və xarakterinin formalaşması üçün müstəsna rol oynamışdır.

Bu gün müasir Azərbaycan dövlətinin memarı, xalqının və dövlətinin müstəqilliyi naminə böyük işlər görmüş, ürəyi daima xalqın səadəti uğrunda döyünən Ulu Öndər Heydər Əliyevin ruhu əlbəttə ki, şaddır. Ümummilli Liderin xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa edilmiş, Qarabağ əbədi azadlığına qovuşmuşdur. Bu Böyük Qələbə Ümummilli Liderin möhtəşəm siyasətinin layiqli davamı olmaqla onun əbədiliyini bir daha sübut edir.

Ali Baş Komandan Prezident İlham Əliyevın rəhbərliyi ilə Heydər Əliyevin vaxtilə həyata keçirdiyi məqsədyönlü tədbirlər Azərbaycanın müstəqiliyyin möhkəmləndirilməsi, dövlətmizin və xalqımızın tərəqqisi istiqamətində məharətlə davam etdirilir. Tarixi zəfərlə başa çatmış Vətən müharibəsində Qarabağın Ermənistanın 30 illik işğalından azad edilməsi Ulu Öndər Heydər Əliyevin sadiq davamçısı, böyük sərkərdəlik məharətinə, güclü iradəyə, qətiyyətli əzmə malik Ali Baş komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi rəşadətli qələbələrlə yanaşı həm də diplomatiya meydanında da müvəffəqiyyətli zəfərlərlə şərtlənir. 

Başqa sözlə, İkinci Qarabağ müharibəsində əldə edilən Zəfər hərbi-diplomatik qələbə kimi tarixdə qalacaqdır. Ümummilli Liderin layiqli davamçısı İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirmiş övlad, həm də Onun memarı olduğu dövlətin rəhbəri, qüdrətli Ordunun Ali Baş komandanı kimi Heydər Əliyev ucalığının parlaq təcəssümüdür. Qədirbilən xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur və onun ruhu qarşısında baş əyir. Heydər Əliyev bizə sivil dəyərlərə əsaslanan, milli mənəvi dəyərləri yaratmağa qadir olan bir ölkə miras qoymuşdur.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyyini uca tutaraq qeyd edirdi: ”Bizim əsas məqsədimiz ondan ibarət olubdur ki, Azərbaycanın dövlət müstəqilliyyini möhkəmləndirək və inkişaf etdirək. Biz bunu etmişik və artıq Azərbaycanda dövlət müstəqilliyyi sarsılmazdır, dönməzdir və əbədidir.”

Ulu Öndər Heydər Əliyevın müstəqillik ideyalırı Ali Baş Komandan Prezident İlham Əliyevın rəhbərliyi və xalqin dəstəyi ilə hər zaman yaşayır və uğurla inkişaf edir. Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ilk dəfədir ki, Azərbaycanın həm də işğaldan azad edilmiş ərazilərində keçiriləcəkdir. Suverenliyi və ərazi bütövlüyü tam təmin edilən Azərbaycan xalqı qalib ölkə vətəndaşı kimi seçkilərdə fəxarətlə iştirak edəcəkdir. Milli həmrəyliyin təntənəsi olan bu seçkilərdə Azərbaycan xalqı yenə də təbii ki, hər bir vətəndaşın rifahı və müstəqil Azərbaycan naminə Qalib Xalqın Qalib Lideri İlham Əliyevin simasında tərəqqi, sabitlik və inkişafa səs verəcəkdir.

Quliyeva Şəfa Tofiq qızı

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), “Biznes və logistika” kafedrasının professoru

Əhmədov Mirağa Məhərrəm oğlu

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), “Biznes və menecment” fakultəsinin dekanı

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol