Menu

AZAL Avropaya uçuş qiymətlərini endirib – Aviabiletlərin qiymətləri

23.01.2024, 13:07
AZAL Avropaya uçuş qiymətlərini endirib – Aviabiletlərin qiymətləri

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Avropanın bir sıra məşhur istiqamətləri üzrə endirim aksiyasına start verib.

“AzPolitika.info” "Azərbaycan Hava Yolları" QSC-nin yaydığı məlumata istinadən xəbər verir ki, təklif çərçivəsində Praqa, London, Vyana, Berlin, Barselona və Milan şəhərlərinə daha sərfəli qiymətlərlə səyahət etmək olar.

Endirimli aviabiletləri 23 yanvar–1 fevral 2024-cü il tarixlərində əldə etmək mümkündür. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 1 fevral–17 aprel 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.

Göstərilən istiqamətlər üzrə aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir:

- Bakı-Vyana-Bakı, Bakı-Praqa-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Milan-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti 299 avro təşkil edir.

- Bakı-Barselona-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti 349 avro təşkil edir.

- Bakı-London-Bakı: Qetvik hava limanı marşrutu üzrə aviabiletlərin qiyməti 359 avro, Hitrou hava limanı marşrutu üzrə aviabiletlərin qiyməti isə 391 avro təşkil edir.

Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.

“AzPoltika.info”

Şərhlər

ƏNHU 2024-01-24 00:28:23

Bu şirkət ancaq elitaya xidmət edir. Sıravi vətəndaşdan iyrənir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol