Menu

Tbilisidə polislə vətəndaşlar arasında qarşıdurma olub - Tanınmış yazıçı saxlanılıb

23.01.2024, 14:39
Tbilisidə polislə vətəndaşlar arasında qarşıdurma olub - Tanınmış yazıçı saxlanılıb

Gürcüstanın paytaxtı Tbilisidə polislə vətəndaşlar arasında qarşıdurma olub.

“Report” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, buna səbəb şəhər sakini Marina Xatiaşvilinin krediti ödəmədiyi üçün ailəsi ilə birlikdə zorla evdən çıxarılması olub.

Polis bir neçə vətəndaşı saxlayıb. Onların arasında ölkənin tanınmış yazıçısı və fəalı İrakli Kakabadze də var.

Daxili İşlər Nazirliyi hələ ki məsələyə münasibət bildirməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol