Menu

Baydenə Qəzza etirazı – Avtomobilinə boya atdılar (VİDEO)

24.01.2024, 11:04
Baydenə Qəzza etirazı – Avtomobilinə boya atdılar (VİDEO)

ABŞ Prezidenti Co Bayden Virciniya ştatının Manassas bölgəsinə səfəri zamanı etirazla üzləşib.

“AzPolitika.info” xəbər verir ki, Fələstin tərəfdarlarından ibarət bir qrup Baydenin İsrailə dəstəyinə etiraz edib. Nümayişçilər Baydenin avtomobilinə qan rəmzi daşıyan qırmız boya atıblar. Onlar bu yolla Qəzzada İsrail hərbçiləri tərəfindən minlərlə mülki vətəndaşın öldürülməsinə diqqət çəkiblər.

Əksəriyyəti qadınlar olan fəallar uzun müddət şüarlar səsləndirərək Baydeni dinləməyə gələn insanları Fələstin bayraqlarıyla qarşılayıblar.

Nümayişçilər həmçinin böyük pankart açaraq, ABŞ-nin İsrailə bütün xarici yardımlarının dayandırılmasının vacibliyini diqqətə çatdırıblar.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol