Menu

“İl-76”-da əsirlər olubsa, cəsədlər hanı? – “Məhbusları təyyarə ilə daşımırlar”

24.01.2024, 15:25
“İl-76”-da əsirlər olubsa, cəsədlər hanı? – “Məhbusları təyyarə ilə daşımırlar”

Belqorodda düşən Rusiyaya aid “İl-76” təyyarəsinin göyərtəsində nə olduğu barədə mübahisələr davam edir. Rusiya tərəfi təyyarədə 65 ukraynalı hərbi əsirin olduğunu iddia etsə də, Ukraynada buna o qədər də inanmırlar.

“AzPolitika.info” xəbər verir ki, tanınmış hərbi-siyasi ekspert Aleksandr Kovalenko qəzaya uğrayan təyyarədə ukraynalı hərbi əsirlərin yox, “S-300” raketlərinin olması versiyasını təsdiq edə biləcək detallardan danışıb: “Bu versiya, yerə düşəndən sonra təyyarədən heç nə qalmaması, onun gövdəsinin hissələrinin sahəyə səpələnməsi, yəni, yerə dəydikdən sonra döyüş sursatının güclü partlayışı ilə də təsdiqlənir”.

Bundan əlavə, təyyarənin qəzaya uğradığı yerdən yayılan fotoları şərh edən Kovalenko “sahə boyu səpələnmiş cəsədlərdən əsər-əlamət qalmadığına” diqqət çəkib: "Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ekipajla birlikdə göyərtədə 74 nəfər olub, lakin sahədə heç bir cəsəd yoxdur. Yəni, bu o deməkdir ki, göyərtədə, kabinada cəmi 6 ekipaj üzvü olub".

Ekspert məhbusların heç vaxt təyyarə ilə daşınmadığını da bildirib: “Üstəlik, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 65 məhbus üçün cəmi 3 nəfər müşayiətçi olub!”

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol