Məlum olduğu kimi, ötən gün İran Prezidenti İbrahim Rəisi Türkiyəyə rəsmi səfər edib. Burada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşən Rəisi, Qəzzadakı son vəziyyətlə yanaşı, İraq, Suriya, Cənubi Qafqaz, Əfqanıstan və Ukrayna ilə bağlıbir sıra məsələləri müzakirə edib.
“AzPolitika.info” xəbər verir ki, liderlərin görüşü zamanı maraqlı bir an yaşanıb.
Belə ki, İbrahim Rəisi Ərdoğanla Hafizi falına baxıb. İran lideri Hafizin şeir kitabından bir səhifə açaraq, orada yazılan şeirdən bir misra oxuyub.
Həmin misrada “Kefini pozma, zalım məqsədinə çatmayacaq” ifadəsi yer alıb.
Daha sonra Türkiyə Prezidentinə üz tutan Rəisi “İnşallah sionist rejim sona çatacaq” deyib.
Qeyd edək ki, Hafizi falı İran mədəniyyətinin bir parçası hesab olunur. Ənənəyə görə, Hafizin kitabından bir səhifə açılır və çıxan şeir qarşı tərəfə nəsihət məqsədilə oxunur.
“AzPolitika.info”

Şərhlər