Menu

Krasnodarda neft emalı zavodunda yanğın olub - VİDEO

25.01.2024, 15:47
Krasnodarda neft emalı zavodunda yanğın olub - VİDEO

Rusiyanın döyüş bölgəsinə yaxın olan Krasnodar vilayətinin Tuapse şəhərində yerləşən neft emalı zavodunda yanğın baş verib.

“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, yanğın Rusiyanın “Rosneft” şirkətinə məxsus neft emalı zavodunda qeydə alınıb.

Məlumata görə, əraziyə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb olunub.

Tuapse Bələdiyyə Başçısı Sergey Boyko açıqlamasında bildirib ki, yanğın neft emalı zavodundakı vakum qurğusundan qaynaqlanıb. Boyko yanğının təxminən 2 saat sonra nəzarət altına alındığını bildirib.

Qeyd olunur ki, yanğın səbəbindən Krasnodarın paytaxtı Soçidəki beynəlxalq hava limanında bütün uçuşlar dayandırılıb

Bəzi Ukrayna mənbələri isə iddia edib ki, yanğın pilotsuz təyyarənin hücumu nəticəsində baş verib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol