Məlum olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması ilə birlikdə Qarabağ regionunda icra olunun “Böyük Qayıdış” layihəsinin önündəki bütün əngəllər aradan qalxıb. Artıq sözügedən layihənin reallaşması üçün əsas infrastruktur layihələr (dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı) icra edilir, tikinti işlərinin miqyası genişləndirilir. Təbii ki, bütün bu planları həyata keçirmək üçün insanların Qarabağda əmək fəaliyyəti ilə məşğulluq dərəcəsini yüksəltmək tələb olunur.
“AzPolitika.info” Dövlət Məşğulluq Agentliyinin məlumat bazasına əsasən, hazırda işğaldan azad olunmuş ərazilərdəki aktiv vakansiyalarla bağlı kiçik bir araşdırma aparıb.
Qeyd edək ki, hal-hazırda işğaldan azad olunmuş bölgələrimizdə 33 aktiv vakansiya mövcuddur. Ən çox vakansiyanın olduğu bölgələr Füzuli və Laçın şəhərləridir. Füzulidə 10, Laçında isə 8 vakansiya üzrə işçilər axtarılır. Bundan əlavə, Cəbrayılda 6, Şuşada 5, Xocavənd, Ağdam, Kəlbəcər və Qubadlıda isə 1 aktiv vakansiya var.
İşəgötürən şirkətlərin təklif etdikləri maaş aralığı 345-1500 manat arasında dəyişir. Şirkətlər əsasən, 18-65 yaş aralığında, orta-ixtisas təhsili olan işçi axtarışındadırlar. Qarabağda ən çox sürücü peşəsinə təlabat var. Maraqlıdır ki, elə ən aşağı maaş da məhz sürücülərə təklif olunur. Sürücülərin aylıq qazancı ortalama 400-500 manat təşkil edir. Maaşların nisbətən yüksək olduğu bölgə isə Cəbrayıldır. Burada bir neçə vakansiya üzrə 1500 manata qədər maaş təklif olunur. Xocavənddə Türkiyənin “Kolin İnşaat” şirkəti sürücü axtarışındadır. Şirkət bu iş üçün 420-750 manat aralığında bir maaş təklif edir. Ağdamda isə qəlibçi peşəsi üzrə işçi axtarılır. Burada 6 günlük iş qrafiki üzrə 350-670 manat aralığında maaş mövcuddur. Kəlbəcərdə 5 günlük iş qrafiki üzrə qaynaqçılara 750-1000 manat maaş təklif edilir. Qubadlıda Türkiyənin “Polat yol yapı sanayi ve Ticaret” şirkəti isə sex işçisi axtarır. Türkiyə şirkəti 5 günlük qrafik üzrə 450 manat maaş təklif edir.

Hazırda aktiv olan vakansiyaların tam siyahısını təqdim edirik:
Mexanik - 350-1000 AZN - Cəbrayıl
Dəmirçi - 400-800 AZN - Füzuli
Gözətçi - 345-555 AZN - Laçın
Sürücü - 420-750 AZN - Xocavənd
Sürücü - 379-699 AZN - Laçın
Çilingər- 615-693 AZN - Füzuli
Qaynaqçı - 450-600 AZN - Füzuli
Mühəndis - 600-800 AZN - Laçın
Ailə həkimi - 978-1060 AZN - Füzuli
Tar müəllimi - 359-1500 AZN - Füzuli
Xanəndə - 359-1200 AZN - Füzuli
Qaynqaçı - 720-1000 AZN - Kəlbəcər
Katibə - 345-1500 AZN - Şuşa
Montyor - 600-900 AZN -Laçın
Tar müəllimi - 345-1500 AZN - Şuşa
Şöbə müdiri - 359-550 AZN - Füzuli
Kadr mütəxəssisi - 800-1000 AZN – Laçın
Qaynaqçı - 350-1000 AZN - Cəbrayıl
Sex işçisi - 450 AZN - Qubadlı
Sürücü- 500-600 AZN - Şuşa
Usta- 379-600 AZN - Laçın
Sürücü – 670 AZN - Füzuli
Operator- 400-600 AZN - Füzuli
Dəmirçi - 345-784 AZN - Cəbrayıl
Sürücü - 379-670 AZN - Laçın
Montyor – 700- 1500 AZN - Cəbrayıl
Çilingər – 700-1500 AZN - Cəbrayıl
Supervayzer - 700-1500 AZN - Cəbrayıl
Layihə kordinatoru - 1130 AZN - Laçın
Dülgər – 800 AZN - Şuşa
Qəlibçi - 350-670 AZN - Ağdam
Topoqraf - 500-700 AZN - Füzuli
Topoqraf - 1200-1500 AZN - Şuşa
E. Bəyməmmədli
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusunda hazırlanmışdır.


Şərhlər
Salam sürcü isi axrariram b.c kataqorya aydin masin olsun veriq etmir
Əvvəlcə yaşamaq və işləmək üçün şərait yaradılmalı,sonra insanlar köçürülməlidir.Ura ilə köçənlərin həmin yerlərdə neçəsi qalıb?Rayonlar qazla,su ilə,istiliklə,elektriklə,iş yerləri.komunal şərait yaradıldıqdan sonra köçürülməlidir.
Bu qədər rəzillik ancaq bizdə olar - Mühəndis -800 manat, Katibə -1500 manat
Bu maaşa kim ailəsini,evini qoyub çöllərdə işləməyə gedər?30 gün şəraitsiz yerdə əziyyət çək sonda nə vəd edirlər.Bunu düşünən yoxdur?
AzSSR dövründə neft mütəxəssislərimiz xaricdə 2-5 dəfə yüksək maaş alırdılar? Azad edilmiş hər rayonda ilk öncə ən azı üç müasir dünyəvi sərmayə və layihə üzrə NATURAL məhsul çeşidləri kompleksi qurmaq gərək! Ardınca orada hər kənd üçün belə azı 4 mərtəbəli binaların inşaası lazım gələcək! Beləcə, əhali özü oralara *axacaq*!?
Maaşlar çox aşağıdır.Bir sorun həmin türk firmaları türkiyədən özləri ilə gətirdikləri eynifpeşə sahiblərinə nə qədər maaş bvrir.Burada da ayrıseçkilik?