ABŞ-də yaşayan eks-spiker Rəsul Quliyev “Müsavat TV”-yə müsahibəsində məşhur kinorejissor Rasim Ocaqovun çəkdiyi “Təhminə və Zaur” filminin ərsəyə gəlməsindəki rolundan danışıb.
“AzPolitika.info” xəbər verir ki, filmin bütün maliyyə xərclərini şəxsən qarşıladığını deyən keçmiş spiker, çəkilişlər zamanı üzləşdiyi maraqlı əhvalatlardan da danışıb. Onun dediklərindən belə məlum olur ki, filmdə bütün detallar onunla razılaşdırılıb: “Rasim Ocaqov günlərin birində mənə zəng elədi, dedi ki, filmə çəkməyə “Zaur” axtarır. Bildirdi ki, Fəxrəddini (Fəxrəddin Manafov - red.) çəkmək istəyir. Dedim, ay kişi, “Təhminə” ondan uzundur. Dedi, sən narahat olma, ayağının altına kərpic-zad qoyub düzəldəcəyik. Dedim, vallah özün bilərsən, amma belə düşünürəm ki, o yaxşı variant deyil. Nə isə... O getdi “Zauru” axtarmağa, Leninqraddan bir suriyalı tapdı. Şəklini mənə göstərdi, dedim, hə, bu yarayır, boyu da yaxşıdır. Nə isə, bunu bir neçə gün filmə çəkdi. Yenə bir gün mənə zəng elədi ki, bəlaya düşmüşəm, kömək elə. Dedi, Miral da buradadır (Filmdə baş rolu oynayan Türkiyəli aktrisa Meral Konrat). Zaqulbada komsomolçuların istirahət yeri vardı, getdim ora, görüşdük. Miral hələ gəlməmişdi. Rasim dedi, bu suriyalını qovmaq istəyirəm. Deyəsən, Miralla onun arasında həqiqi məhəbbət yaranıb, bu da işə mane olur. Amma Miral razılıq vermir, deyir, onu qovsan, mən də çıxıb gedəcəm. Dedi, sən ona izah elə. Miral xanımı çağırdıq, mən də guya onu başa salıram. Miral özündən çıxdı, dedi, bu (Rasim Ocaqov – red) öpüş səhnəsini 10-15 dəfə təkrar-təkrar çəkir, mən daha istəmirəm. Dedim, gəl belə danışaq: mən Rasim müəllimdən xahiş edəcəm, bu dəfə iki dəfə öpüşərsən (Gülür). Filmin yarısını çəkib qurtarmışdı, amma sonra suriyalının yerinə Fəxrəddini götürdü...”
R.Quliyev daha sonra İstanbulda Meral Konratla görüşündən, ona 3 min dollara paltar almasından bəhs edib.
R.Quliyevin müsahibəsinin sözügedən hissəsini aşağıdakı videolinkdə izləmək olar:
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Azərbaycanın pərişan illərində külli miqdar dövlət malını oğurlayıb yeyib içib doyub qaçan qoca sovet quşunun o illərdə Bakı ətrafında quşqonmaz qayalardan birinə 3000 dollara necə dırmaşdığı haqda xatirələri. (Ştat Nyu-Cersi,Rozuell,,17-ci avenyu,cild 4,səh.327)
İrrasional Quliyev.
Rəsulun kino artistinə 300 dollara paltar almasının arxasında nə durur?Rəsulun azarı nə olub? Yekə adamdır.İnsanda həya abır yaxşı əlamətdit.
"Dedi, Miral da buradadır (Filmdə baş rolu oynayan Türkiyəli aktrisa Meral Konrat). Zaqulbada komsomolçuların istirahət yeri vardı, getdim ora, görüşdük."...Miral-Meral; Zaqulba- Zuğulba...Əvvəla 7-cə sözdən sonra Miral-Meral yəni bunun adını düz yazın da, 2-cisi artıq çox rast gəlirəm və əsəbiləşirəm Zaqulba deyiləndə, öz dilimizdə deyin də Zuğulba kəlməsini....
Azərbaycandan oğurladığı nefr pullarından ödəyib də!?
Bu müsahibəyə bu zəfər günlərimizdən baxsaq lağlağı kimi də baxmaq olar.Amma nəzərə alın ki filmin çəkilişi 1993-də bitib.Bu günün gəncləri o illərin nə qədər faciəli olduğunu kitablardan oxusalar da təsəvvür edə bilməzlər.Qarabağda ölüm-dirim savaşı gedirdi,on minlərlə mənəm-mənəm deyən gənclərimiz rus-erməni vəhşiliyinə sinəsini sipər edib qanını axıdırdı Vətən üçün dağlarda-dərələrdə, Laçın-Kəlbəcər-Ağdərə-Şuşa-Ağdam-Zəngilan ard-arda əldən getməkdəydi,hər yandan Sumqayıta-Bakıya qaçqın seli axışmaqdaydı.Şəhərin kənar hissələri bir yana,mərkəzi hissələri,xüsusən də keçmiş Bakı mehmanxanasından ta Çay fabrikinə qədər bütün Səməd Vurğun bağı dövrələmə talkuçkaydı hər gün,talkuçka da yox,əsl qarğabazarıydı,o gözəl və son dərəcə mədəni Bakı birdəncə Kabil,Qəndəhar bazarlarına dönmüşdü.Biz,orta məktəbi Bakıda bitirmiş o vaxtkı yeniyetmlər o tramvaylı-trolleybuslu köhnə Bakıya elə aşiq idik ki şəhərin o pərişan günlərini heç cür həzm edə bilmirdik,şəhər də,özümüz kimi sahibsiz olmuşdu.Tam ümidsizlikdi yəni.Amma bunun dediklərindən bəlli olur ki,o boyda vəzifələrin sahibi olsa da dünya-aləm qozuna deyilmiş.Kinoya hansı aktyorun çəkilməsi barədə Rasim Ocaqov kimi çox-çox talantlı bir rejissora öyüd-nəsihət verirmiş.Rasim müəllim sənin qanmadığın kino aləminə burnunu soxduğunu görüb dəli olub əlbət,ona görə acıqca gedib Leninqradda suriyalı axtarıb.Həm də görüb Merala quşun qonub,istəyib səni suriyalıyla qısqandırsın,ona görə deyib ki Meralla aralarında eşq yaranıb.Çünki əgər Meralla suriyalı arasında eşq olmuş olsaydı Meral öpüş səhnəsinin 15 dəfə yox,105 dəfə də çəkilməsinə etiraz etməməliydi.Demək rejissor Fəxrəddini baş rola çəkmək üçün səni suriyalıyla qısqandırıb ki,onun təkcə bir paltarına 3000 dollar verib suriyalıdan uzaqlaşdırasan və sonra da Rasim müəllim suriyalını qovub Fəxrəddini baş rola çəkəndə etirazın olmasın.Bu incə planda Meralın da razılığı olmamış deyil.Çünki başdanca Fəxrəddinlə çəkilməyi istəyən bu gözəl xanım əfəndi suriyalı qovularsa özünün də gedəcəyini bildirir,baxmayaraq ki bir kadr üçün 15 dəfə öpüşməyə guya etiraz edirmiş.Nəticədə Meral xanım yaxşıca sağıb pulunu-paranı,Rasim müəllim sənin hesabına yaxşıca gəzib Rusiyanın şəhərlərini,yeyib içib, suriyalını da qovub öz istədiyi kimi Fəxrəddini də baş rola çəkib.İndi də sənin kimi varlı məmurlarımız çoxdu,amma heyf Rasim Ocaqovlar yoxdu. Ona görə mədəniyyətimiz,incəsənətimiz,kinomuz bu gündədi.
Yekə kişisən,bir qram ağlın yoxdu. Sən BNZ-nin benzinini,kerosinini,yağını-filanını satıb Merala 3000 dollarlıq paltar almısan, o da gedib Türkiyədə nənəsinə səndən danışıb,deyib ki “Ta məni görcək olur oğlan kimi.Gah basır ağuşa məni can kimi..Qol uzadır gəyirir aslan kimi.Çox utancaqdı,baxır mal-mal kişi.Ağzı dualı qoca Rəsul kişi.Söyləyir ax ax nə gözəl çağ idi.Onda ki rəhmətlik Rasim sağ idi.Filmi çəkəndə mənə ortaq idi.Ağrını alsın qoca Rəsul kişi.Rüstəmi-dastanə dönən Zal kişi. Bir belə yaxşı kişi olmaz nənə. Üç min dollarlıq paltar alıb mənə.Söyləyir Meral,sabah tez gəl yenə.İstəyir mənə ola hambal kişi.Ağzı dualı qoca Rəsul kişi.Gah başımı,gah gözümü əlləyir.Gah budumu,gah dizimi əlləyir.Gah çənəmi,gah üzümü əlləyir.Bir para söz də deyir ehmal kişi.Ağzı dualı qoca Rəsul kişi”.Nənəsi də ona görə o saat telefonunu yığıb deyib "Sən beləysənmiş balam,ay bərəkallah sənə.Ağzuva olsun qadam,ay bərəkallah sənə".
Deyəsən ciddi mövzlardan yorulmusunuz.
Rəsul Fəlsəfə anlayırmı?Anlayrsa fəlsəfənin 5 şərtini sadalasın