Menu

"Kobaxidze Gürcüstanın yeni Baş naziri olacaq" - KİV

29.01.2024, 13:34
"Kobaxidze Gürcüstanın yeni Baş naziri olacaq" - KİV

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze əvəz edə bilər.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın hakimiyyətə yaxın “İmedi” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, partiyanın yanvarın 24-də keçirilmiş siyasi şurasının iclasında İrakli Qaribaşvilinin partiyanın sədri, İrakli Kobaxidzenin isə Baş nazir təyin edilməsi qərara alınıb. Sözügedən qərarın fevralın 1-də bəyan ediləcəyi bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol