Göyərtəsində ukraynalı hərbi əsirlərin olduğu “İl-76” hərbi təyyarəsi ABŞ-nin “Patriot” silahı tərəfindən vurulub.
“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Putin qeyd edib ki, ekspertiza sözügedən təyyarənin “Patriot” tərəfindən vurulduğunu müəyyən edib.
O, hadisəni Kiyevin öz vətəndaşlarına qarşı “cinayəti” adlandırıb. Onun sözlərinə görə, Ukrayna tərəfi “İl-76”-nın göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin hərbi əsirlərinin olduğunu bilirdi və buna baxmayaraq, ya ehtiyatsızlıqdan, ya da qəsdən təyyarəyə zərbə endirib.
O, həmçinin bildirib ki, raket Ukraynanın nəzarətində olan ərazidən buraxılıb.
Qeyd edək ki, bir neçə gün öncə Belqorod bölgəsində Rusiyaya məxsus “İl-76” hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Rusiya tərəfi iddia edir ki, qəza zamanı təyyarədə olan 65 ukraynalı hərbi əsir həlak olub.
“AzPolitika.info”


Şərhlər