“Bir çoxları onu Fələstin-İsrail problemini həll edəcək yaganə şəxs kimi görür. Bəlkə də buna görə Benyamin Netanyahu onu həbsdə saxlayır. Bu şəxs fələstinlilərin “Fəth” lideri adlandırdıqları Mərvan Barqutidir. O, 1990-cı illərdə "Fəth" partiyasının hərbi qanadı olan Tənzimin rəhbəri vəzifəsini daşıyarkən beş İsrail vətəndaşını öldürməkdə və başqa qətllər planlaşdırmaqda təqsirli bilinərək həbs olunub. 2002-ci ildə onun həbsdə qalma müddəti 40 il artırılıb”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-nin tanınmış jurnallarından olan “The New Republic”də dərc olunan məqalədə bildirilir.
Həmin məqalədə qeyd olunur ki, Barquti seçkilər olarsa, Fələstin Muxtariyyətinin Prezidenti və Fələstin Azadlıq Təşkilatının lideri Mahmud Abbası əvəz etmək ehtimalı yüksək olan şəxs hesab olunur.
Məqalədə vurğulanır ki, hazırda həbsdə olan Barqutinin HƏMAS ilə İsrail arasında baş tutan əsir mübadiləsi zamanı azad ediləcəyi mümkün görünmür. Qeyd olunur ki, İsrail-Fələstin böhranının iki dövlətli həllinə ümid yaranarsa, o, çox güman ki, Netanyahudan sonrakı hökumət tərəfindən azad ediləcək.
“Bu ssenarini həyata keçirə biləcək başqa lider qətiyyən yoxdur. Həqiqətən də məhbus statusu ona Fələstin xalqı qarşısında qeyri-adi nüfuz qazandırıb. Həmçinin onun adı Mahmud Abbas rəhbərliyindən və ətrafındakılardan fərqli olaraq korrupsiya faktlarında hallandırılmayıb”,-deyə məqalədə qeyd olunur.
Məqalənin maraqlı yerlərindən biri də İsrail Daxili Kəşfiyyat İdarəsinin rəhbərlərindən Ami Ayalonun açıqlamalarıdır. İsrailin "Şin Bet" təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Ami Ayalon verdiyi son müsahibəsində Fələstin dövlətini qəbul etməyin təkcə İsrailin təhlükəsizlik maraqlarına uyğun olmadığını, bu zaman həm də Barqutinin sərbəst buraxılacağına diqqət çəkib. O, Barqutini vahid və azad Fələstin dövlətini idarə edə biləcək yeganə “Fələstin lideri” adlandırıb. Araşdırmalara görə, Barqutinin fələstinlilər arasında reytinqi olduqca populyardır. ƏMAS-ın son aylardakı populyarlığının artmasının belə Barqutinin reytinqinə təsir etmədiyi vurğulanır.
Məqalədə 13 il İsrail həbsxanalarında yatmış Qadora Faresin Barqutinin hazırkı vəziyyəti haqqında məlumatlarına da yer verilib:“HƏMAS qarşıdurmasından əvvəl Barquti Ayalon həbsxanasına köçürülüb və beş gün təkadamlıq kamerada saxlanılıb. İsrail rəsmiləri Barqutinin HƏMAS-a dəstək məktubu yazdığı iddia olunur. Onun kamerası sutkanın 24 saatı qaranlıq olur. Az miqdarda yemək verilir, gündüzlər yatmasına icazə verilmir, yüksək səsli musiqi lan otaqda yuxusuz qalmasına çalışırlar. O, hazırda İsrailin mərkəzindəki Rimonim həbsxanasındadır”.
“AzPolitika.info”

Şərhlər