Avropa İttifaqının Ukraynaya 50 milyard avroluq yardımını dəstəkləmək məcburiyyətində qalan Macarıstanın Baş naziri Viktor Orban Rusiyanın “könlünü almağa” çalışıb.
“AzPolitika.info” xəbər verir ki, “Kossuth” radiosuna açıqlama verən Orban vaxtın Rusiyanın xeyrinə işlədiyini iddia edib. Baş nazir deyib ki, Ukrayna ilə müharibədə “vaxt Rusiyanın tərəfindədir” və güc balansı “Kiyevin xeyrinə dəyişməyəcək”.
Lakin Orban təəssüf edib ki, Qərb fərqli düşünür: “Macarıstan bunun (yardımın-red.) sülhlə bağlı olmasını istərdi, biz sülh üçün pul göndərərdik. Amma bu, mümkün deyildi, çünki Qərb hələ də düşünür ki, vaxt bizim tərəfimizdədir və müharibə nə qədər uzun sürsə, Ukraynanın hərbi vəziyyəti bir o qədər yaxşılaşacaq. Düşünürəm ki, bunun əksi doğrudur, zaman rusların tərəfindədir, müharibə nə qədər uzun sürsə, bir o qədər çox insan öləcək və qüvvələr nisbəti Ukraynanın xeyrinə dəyişməyəcək. Bu halda niyə müharibəni davam etdiririk?”
“AzPolitika.info”


Şərhlər
Putinin əsas sukalarından biri də budur,oturub bu da Putinin qucağında