Çin mühəndisləri 2017-ci ildə dayandırılan "Tranzit Ucaldılmış Avtobus" (TEB) layihəsinin yenidən icrasına başlayıblar.

“AzPolitika.info” xəbər verir ki, çinli mütəxəssislər sözügedən layihənin uğurlu olacağına, tıxac problemİni aradan qaldıracağına, həmçinin digər ictimai nəqliyyat vasitələri ilə müqayisədə daha sərfəli olacağına inanırlar.

Qeyd edək ki, bu avtobuslar 1200 sərnişin tutumuna sahii olduqları üçün, həm də bir növ metro funksiyasını yerinə yetirirlər. Onlar quruluşu səbəbindən avtomobillərin üzərindən rahatlıqla keçə bilirlər.

Çinli mütəxəssislər bildirirlər ki, layihənin əsas məqsədlərindən biri də yol sahəsini maksimum dərəcədə artırmaq və ənənəvi avtobuslara alternativi təmin etməkdir.

Məlumata görə, sabit relslər üzərində çalışacaq bu avtobusların bir ədədi təxminən 3,5 milyon funt-sterlinqə başa gələcək.

Mütəxəssislər hesab edirlər ki, avtobusların hərəkəti üçün lazım olan infrastrukturu bir il ərzində qurmaq mümkündür.

“AzPolitika.info”