Menu

İranın "Sahid" dronları Rusiyaya neçəyə başa gəlir?

07.02.2024, 14:14
İranın "Sahid" dronları Rusiyaya neçəyə başa gəlir?

Kiberhücumlar nəticəsində İranın Rusiyaya dron satan "IRGC Sahara Thunder" şirkətinin bəzi məxfi materialları ələ keçirilib.

"AzPolitika.info" xəbər verir ki, məxfi sənəddə  dron alış-verişinin maliyyə detalları da yer alıb.

Məlum olub ki, Rusiya üçün bir ədəd "Şahid-136" pilotsuz uçuş aparatının başlanğıc qiyməti 375 min dollar olub. Daha sonra Rusiya üçün endirim edilib. Bu, toplu sifarişdən sonra mümkün olub.

Belə ki, bir dəfəyə 6 min ədəd dron sifariş edən Rusiya üçün "Sahid"in bir ədədi 193 min dollara başa gəlib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol