Azərbaycanda səfərdə olan Ukrayna Ali Radasının deputatları növbədənkənar prezident seçkilərində müşahidəçi kimi iştirak edirər.
“AzPolitika.info” xəbər verir ki,Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sosial şəbəkə səhifəsində bununla bağlı məlumat yayılıb.
Xəbərdə qeyd olunur ki, Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdə parlamentlərarası əlaqələr mühüm yer tutur. Belə ki, son illər Ukrayna Ali Radası ilə Azərbaycan Milli Məclisi arasında fəal dialoq sistemli və keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Növbədənkənar prezident seçkilərinin müşahidəsində iştirak etmək üçün hazırda Azərbaycanda olan Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin səfəri buna bariz nümunədir.
Ukrayna Ali Radasının deputatları Valeriy Kolyux və Sergey Bunin ənənəvi olaraq Bakıya səfərlərini Milli Məclisi ziyarətlə başlayıb. Deputatlar Milli Məclisdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbərliyi ilə səmərəli və məzmunlu danışıqlar aparıblar.
Görüşdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Ukrayna Ali Radası sədrinin müşaviri Hikmət Cavad və Ukraynanın ölkəmizdəki səfiri Vyaçeslav Kanevski də da iştirak ediblər.
Danışıqların əsas mövzuları aşağıdakılar olub:
-Hər iki dövlətin suverenliyinin və ərazi bütövlüyünüm dəstəklənməsi
-Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət
-İkitərəfli səfərlər
Ukrayna-Azərbaycan əməkdaşlığının iqtisadi, konsulluq, sosial, təhsil və mədəni-humanitar sahələrdə perspektivləri.
Həmçinin, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə təcavüzün nəticələrinin aradan qaldırılması üçün Azərbaycan tərəfinin humanitar yardım göstərməsi məsələlərinə xüsusi diqqət yetirilib. Qeyd edək ki, müharibə dövründə Azərbaycandan Ukraynaya dəfələrlə on milyonlarla dollar dəyərində humanitar yardımlar edilib.
“AzPolitika.info”




Şərhlər