Rusiya lideri Vladimir Putin fevralın 7-də ABŞ jurnalisti Taker Karlsona müsahibə verib.
“AzPolitika.info” xəbər verir ki, iki saatdan çox davam edən müsahibədə Putin Rusiya-Ukrayna müharibəsinin təfərrüatları, tətbiq olunan sanksiyalar, mümkün üçüncü dünya müharibəsi və Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün İstanbulda aparılan danışıqlar barədə danışıb.

Lakin Putin söylədikləri ilə yox, qəribə davranışları ilə gündəmə gəlib. Belə ki, müsahibə sırasında 71 yaşlı Putinin daim ayağının titrədiyi görünüb. Hətta Rusiya lideri ayağını dayandırmaq üçün bir müddət əlindən istifadə etməli olub.
Bu görüntülər Putinin səhhəti ilə bağlı iddiaları yenidən gündəmə gətirib.
Qeyd edək ki, son aylarda Qərb mediasına danışan rusiyalı müxalifətçilər Putinin səhhətinin pisləşdiyini iddia ediblər. Putinin xərçəng xəstəsi olduğu və hətta dublyordan da istifadə etdiyinə dair iddialar mövcuddur.
“AzPolitika.info”

Şərhlər