Menu

Gülüstan kəndi və qalasının qalıqlarının görüntüləri yayılıb - VİDEO

13.02.2024, 00:20
Gülüstan kəndi və qalasının qalıqlarının görüntüləri yayılıb - VİDEO

Goranboy rayonunun Gülüstan kəndi və Gülüstan qalasının videogörüntüləri yayılıb.

"Oxu.az" xəbər verir ki, uzun müddət işğal altında olan Gülüstan qalasının ətrafında Ermənistan silahlı qüvvələri tərəfindən xeyli sayda müxtəlif təyinatlı minalar basdırılıb.

Goranboy rayonunun Gülüstan kəndi ərazisində hələ də tank və piyada əleyhinə mina təhlükəsi mövcuddur.

Qeyd edək ki, qalanın tikilmə tarixi tədqiqatçılar tərəfindən Qafqaz Albaniyası dövrünə aid edilir. Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub. XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub. Tarixi Gülüstan müqaviləsi də bu qalada imzalanıb.

Həmin görüntüləri təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol