Bayden yenə özünü "itirdi" - VİDEO

ABŞ Prezidenti Co Bayden bazar ertəsi Ağ Evdə İordaniya Kralı II Abdullah ilə görüşüb.

"AzPolitika.info" xəbər verir ki, liderlərin birgə mətbuat konfransı zamanı maraqlı bir hadisə yaşanıb.

Belə ki, Co Bayden çıxış etdikdən sonra səhnədəki yerini İordaniya liderinə verib. Lakin Bayden bu zaman harada dayanmaq lazım olduğunu qərar verə bilməyib. O, əvvəlcə Kral II Abdullanın solunda dayansa da, qısa müddət sonra sağa keçib. ABŞ liderinin bu çaşqınlığını görən İordaniya Kralı sonda Baydenə dayanmalı olduğu yeri işarə edib.

Qeyd edək ki, 80 yaşlı Co Bayden tez-tez bu cür qeyri-adi hərəkətləri ilə gündəmə gəlir. Yaşı səbəbindən mütəmadi xətalara yol verən ABŞ liderinin 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkisində namizəd kimi iştirak etməsi ABŞ cəmiyyətinin böyük kəsimi tərəfindən birmənalı qarşılanmır.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar