Teslanın 100 illik arzusu gerçək olur? - İlk dəfə kosmosdan Yerə simsiz elektrik enerjisi göndərilib (VİDEO)

Bu günlərdə ilk dəfə olaraq kosmosdan Yer kürəsinə 100 millivat elektrik enerjisi göndərilib.

"AzPolitika.info" xəbər verir ki, ötən ilin iyun ayında başlanan bu eksperimental tədqiqat orbitdə hərəkət edən peyklərdəki günəş panelləri vasitəsilə toplanan enerjinin Yerə ötürülməsini təmin edir. "MAPLE" adlı bu təcrübə əsasında Yerə ötürülən elektrik enerjisi sınağının uğurlu keçdiyi, gələcəkdə kosmosda günəş enerjisi stansiyalarının inşa edilə biləcəyi vurğulanıb.

Kosmosdan Yerə simsiz enerji ötürülməsi potensialını araşdırmaq üçün hazırlanmış Kosmik Günəş Enerjisi Nümayişçisi (SSPD) layihəsinin aparıcı tədqiqatçısı və həmmüəllifi Əli Hacımirinin bu barədə dediklərindən: "Ümid edirik ki, simsiz enerji ötürülməsi enerjiyə çıxışı asalnlaşıdıracaq və bundan hər kəs yararlana biləcək. Artıq enerji ötürmə infrastrukturuna ehtiyac qalmayacaq. Bu o deməkdir ki, biz ucqar yerlərə, müharibə və ya təbii fəlakət nəticəsində dağılmış ərazilərə elektrik enerjisi göndərə biləcəyik".

Qeyd olunduğu kimi, bu layihə uğurlu olacağı təqdirdə təbii fəlakətlərdən zərər görmüş ərazilərə tez və effektiv şəkildə elektrik enerjisi vermək mümkün olacaq. Zədələnmiş və ya tamamilə məhv edilmiş infrastrukturu olan bölgələrdə, fövqəladə yardım səyləri və əsas ehtiyacların ödənilməsi üçün tələb olunan enerji kosmos əsaslı günəş enerjisi stansiyalarından təmin ediləcək.

Məlumata görə, hazırkı layihə məşhur serbiyalı ixtiraçı Nikola Teslanın 19-cu və 20-ci əsrin əvvəllərində üzərində işlədiyi texnologiyadır. Bu layihənin əsas məqsədi elektrik enerjisini kabellər vasitəsilə deyil, hava və ya digər vasitələrlə simsiz şəkildə ötürməyi nəzərdə tuturdu. Teslanın bu layihəsinin adı "Wardenclyffe Tower" və ya "Tesla qülləsi" adlanırdı.Tesla bu qülləni Nyu-Yorkun Long Island bölgəsində tikmişdi və qüllə simsiz rabitə və enerji ötürülməsi mərkəzi kimi dizayn edilmişdi. Teslanın məqsədi dünya miqyasında simsiz rabitəni təmin etmək, eləcə də elektrik enerjisini uzun məsafələrə simsiz şəkildə ötürmək idi. Teslanın simsiz elektrik ötürmə texnologiyası maqnit rezonansı prinsiplərinə əsaslanırdı. Lakin onun bu layihəsi maliyyə çətinlikləri və texniki maneələr səbəbindən tamamlana bilməyib. "Wardenclyffe Tower" ərazisi kifayət qədər vəsait olmadığı üçün tamamlanmadan tərk edilib və işlər yarımçıq qaldığından qüllə sökülüb.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar