"KAAN" İLK UÇUŞUNU HƏYATA KEÇİRDİ - Tarixi anlar + VİDEO

Türkiyənin beşinci nəsil milli döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu həyata keçirib.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Türk Aerokosmik Sənayesi tərəfindən həyata keçirilən uçuş Ankarada baş tutub.

Qeyd edək ki, “Kaan” Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin “F-35” qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib.

Öz növbəsində, Rusiya “Kaan”ın birgə istehsalı ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib.

Bunu Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov bildirib.

O, Moskvanın əməkdaşlığa hazır olduğunu qeyd edib.

“Hərbi və texniki əməkdaşlığı gücləndirmək istəyirik. Əvvəllər də təkliflərimiz olub. Bu təyyarələrlə bağlı birgə istehsal barədə rəsmi qurumlar və şirkətlər arasında müxtəlif səviyyələrdə işlər görülüb. Müvafiq şirkətlər və qurumlar birlikdə işləməyə hazır olduqlarını bildiriblər”, - deyə Buravov vurğulayıb.

Həmçinin, Ukrayna da bu qırıcılarla bağlı əməkdaşlıqda maraqlı olduğunu bildirib.

635x100

Şərhlər

Bəhrimən 2024-02-21 11:49:03

США, ЕС и Государства европы всячески игнорируют Турцию во всех отношениях хотя, она член НАТО? Турцию вынуждают на военное сотрудничество с Россией!

Son yazılar