Menu

“Rusiya Ukrayna ilə sərhəddə 48 “İsgəndər” qurğusu toplayıb”- Baş Kəşfiyyat İdarəsi

21.02.2024, 18:06
“Rusiya Ukrayna ilə sərhəddə 48 “İsgəndər” qurğusu toplayıb”- Baş Kəşfiyyat İdarəsi

Fevral ayına olan məlumata görə, Rusiya Federasiyası Ukrayna ilə sərhəddə “İsgəndər” raket kompleksinin 48 buraxılış qurğusunu yerləşdirib.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini, general-mayor Vadim Skibitski “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində deyib.

General buraxılış qurğularının artırıldığını bildirib: "46 ədəd var idi, indi 48 olub. İki buraxılış qurğusu əlavə edilib. Onlar bununla da Rusiya ərazisindən ballistik raketlərin buraxılması üçün istifadə olunan əlavə taktiki qrup yaradıblar".

Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, hazırda Ukrayna ərazisində yerləşən Rusiya quru qoşunlarının sayı 470 minə yaxındır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol