Sanksiyalara görə Türkiyə bankları Rusiyadan birdəfəlik ödənişləri qəbul etmir. Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsindən sonra Türkiyə bankları bu addımı yanvar ayında ataraq Rusiya şirkətlərinin hesablarını bağlamağa başlayıb.
“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, çarəsiz vəziyyətdə qalan ruslar ticarəti davam etdirə bilmək üçün Türkiyədə bank satın almaq qərarına gəliblər.
Türkiyə nəşrinin məlumatına görə, artıq Rusiya şirkətləri Türkiyədən bank almaq üçün danışıqlara belə başlayıblar.
İddilara görə, ilk təklif Türkiyə İnkişaf Bankına edilib.
“AzPolitika.info”


Şərhlər