2023-cü ilin dekabr ayından etibarən Rusiya qoşunları Ukrayna şəhərlərinə 20-dən çox Şimali Koreya istehsallı ballistik raketlər atıb.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmi məlumatında belə deyilir.
Qurum Rusiya Federasiyasının Şimali Koreyadan aldığı uzaq mənzilli silahlardan istifadə etməklə Ukraynanın mülki infrastrukturuna hava hücumları faktlarını sənədləşdirib. Söhbət KXDR-də istehsal olunan “Hwasong-11” (KN-23/24) tipli ballistik raketlərdən gedir.
Ukrayna tərəfinin məlumatına görə, Rusiya hərbçiləri Şimali Koreyanın 20-dən çox raketini Ukrayna ərazisinə atıblar. Nəticədə azı 24 dinc sakin həlak olub, yüzdən çox dinc sakin isə ağır yaralanıb. KXDR-in raketlərindən istifadə edilməsi ilə bağlı ilk faktlardan biri 2023-cü il dekabrın 30-da Zaporojyenin atəşə tutulması zamanı qeydə alınıb.
Şimali Koreya raketlərinin növbəti hücumu 2024-cü il yanvarın əvvəlində Kiyevdə qeydə alınıb. Bu zaman raket yaşayış binasına düşüb. Nəticədə 4 paytaxt sakini düşmənin hücumu nəticəsində həlak olub, 50-dən çox adam yaralanıb.
Bundan əlavə, ruslar Donbassda cəbhə xəttində yerləşən 5 kənddə yaşayış binalarına Şimali Koreyanın ballistik raketlərini atıblar və nəticədə 17 mülki şəxs həlak olub.
İşğalçılar həmçinin Xarkov sakinlərinin evlərinə Şimali Koreya raketləri atıb və bununla da 3 dinc sakini öldürüblər. 60-dan çox Xarkov sakini ağır yaralanıb.
“AzPolitika.info”


Şərhlər