"Qarabağ"-ın potensial rəqiblərinin heyətlərinin dəyəri nə qədərdir? - RƏQƏMLƏR

Məlum olduğu kimi, son Azərbaycan çempionu "Qarabağ" ötən gün tarixi uğura imza ataraq UEFA Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Qurban Qurbanovun yetirmələri güclü “Braqa” səddini keçməyi bacarıb. Portuqaliyada 4-2 hesablı qələbə qazanan “Qarabağ” cavab matçında 2-3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6-5 öndə olduğu üçün növbəti mərhələyə adlayıb.

"AzPolitika.info" xəbər verir ki, Ağdam təmsilçisinin potensial rəqibləri məlumdur. Həmin komandaları və "Transfermark"da göstərilən rəsmi rəqəmlərə əsasən, heyət dəyərlərini təqdim edirik:

1."Liverpul" (İngiltərə) - 868,4 milyon avro;

2. "Bayer Leverkusen" (Almaniya) - 566,5 milyon avro;

3. "Brayton" (İngiltərə) - 487,1 milyon avro;

4. "Vest Hem" (İngiltərə) - 440,6 milyon avro;

5. "Atalanta" (İtaliya) - 330,6 milyon avro;

6. "Vilyareal" (İspaniya) - 216,6 milyon avro;

7. "Reyncers"( Şotlandiya) - 110,6 milyon avro;

8. "Slaviya" (Çexiya) - 57,5 milyon avro.

"Qarabağ"-ın heyət dəyəri isə 14,7 milyon avrodur.

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində baş tutacaq.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar