Menu

Göygöldə mikroavtobusla yük maşını toqquşub, ölən və xəsarət alanlar var - ADLAR

24.02.2024, 10:06
Göygöldə mikroavtobusla yük maşını toqquşub, ölən və xəsarət alanlar var - ADLAR

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.

Hətəkətdə olan "Mercedes Vito" markalı mirkoavtobusla "QAZ " markalı yük maşını toqquşub.

Qəza zamanı 1981-ci il təvəllüdlü Duman Abdullayev hadisə yerində ölüb.

Bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanların adı aşağıdakı kimidir:

Vüsal Babayev (1985);

Xalidə İsayeva (1965);

Xudayar Musayev (1972);

Anar Qasımov (1993);

Elşanə Musalı (2004).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol