“Putinə etibar edirsiniz?” - Paşinyan yenə “nala-mıxa” vurub

Ermənistan Baş naziri Nikol Paşinyan Fransa telekanalına müsahibəsində çətin anlar yaşayıb.

“AzPolitika.info” xəbər verir ki, Paşinyan müsahibə zamanı “France 24”-ün jurnalistinin gözlənilməz sualı ilə qarşılaşıb. Ona sual verilib: “Szi Putinə etbar edirsiniz?”.

Paşinyan cavabında “nala-mıxa” vuraraq deyib: “Bilirsiniz, biz dövlətlərarası əlaqələr qurmuşuq. Həm Ermənistan, həm də Rusiya arasında münasibətlərin uzun tarixi var. Bu əlaqələrin tarixi müəyyən institusional ənənələrə malikdir. Biz bu ənənələr çərçivəsindəyik”.

“Siz hazırda Vladimir Putinlə əlaqə saxlayırsınızmı?” sualına cavabında isə Paşinyan deyib ki, onunla sonuncu dəfə ötən ilin dekabrında danışıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar