ABŞ lideri Co Bayden ötən gün Ağ Evdəki çıxışı zamanı növbəti dəfə ciddi səhvə yol verib.
“AzPolitika.info” xəbər verir ki, 80 yaşlı ölkə başçısı bu dəfə Çin Prezidenti Si Cin Pini Rusiya lideri adlandırıb.
Bayden Si Cin pinlə aralarında olan münasibətdən bəhs edən zaman bunları deyib: “O (Barak Obama-red.) mənim (o vaxtkı vitse-prezident-red.) Si Cin Pinlə tanış olmağımı istədi. Çünki onun Rusiyanın rəhbəri olacağı aydın idi. O zaman bizim Rusiya və digər ölkələrlə problemlərimiz var idi. Onun (Obamanın-red.) istəyi Cin Pinlə tanış olmağım idi. O (Obama-red.) Prezident olduğu üçün bunu edə bilmədi. Mən isə Cin Pinlə müxtəlif ölkələrdə, eləcə də ABŞ-də 17 min mil məsafə qət etdim. Biz bir gün Tibet yaylasında idik. O, mənə tərəf dönüb dedi: “Amerikanı mənim üçün ifadə edə bilərsənmi? Mən də ona baxdım və bir kəlimə ilə edə bilərəm dedim: İmkanlar...”.
Qeyd edək ki, yaşı ilə əlaqədar yaddaş pozğunluğu və paralel olaraq müxtəlif xəstəliklərdən əziyyət çəkidiyi iddia olunan Co Bayden öz çıxışlarında tez-tez bu cür səhvlərə yol verir.
“AzPolitika.info”


Şərhlər