Menu

Ukrayna 160 ölkəni sülh forumuna dəvət edəcək – İcveçrədə hazırlıq gedir...

26.02.2024, 13:17
Ukrayna 160 ölkəni sülh forumuna dəvət edəcək – İcveçrədə hazırlıq gedir...

İsveçrədə keçirilməsi planlaşdırılan qlobal sülh sammitinə 160-dan çox ölkənin nümayəndəsi dəvət olunacaq.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezident ofisinin rəhbəri Andrey Yermak bildirib. Onun sözlərinə görə, artıq rəsmi dəvətnamələr hazırlanıb və tezliklə ünvanlara göndəriləcək.

Rusiya dəvət olunanların siyahısına daxil edilməyəcək. Yermakın izah etdiyi kimi, bu ölkənin sülh formulunun müzakirəsində iştirakının mümkünlüyü yalnız dünya liderlərinin İsveçrədə keçiriləcək sammitdə Ukrayna və ona qarşı təcavüzün nəticələrinin aradan qaldırılması üçün konkret plan hazırlamasından sonra nəzərdən keçiriləcək.

Sammitin tarixi açıqlanmayıb. Bundan əvvəl Ukraynanın tələbi ilə forumun keçirilməsinə razılıq verən İsveçrə hakimiyyəti onu yaya qədər təşkil etmək niyyətində olduqlarını bildirmişdi.

Ukrayna Prezidenti Volodimir Zelenskinin təklif etdiyi sülh formulu digər məsələlərlə yanaşı, Rusiya qoşunlarının Ukraynadan tam çıxarılmasını və ölkə sərhədlərinin bərpasını nəzərdə tutur. Rusiya hakimiyyəti bu formulun qəbuledilməz olduğunu və onların iştirakı olmadan Ukrayna ilə bağlı planların müzakirəsinin heç bir nəticə verməyəcəyini vurğulayır. Vladimir Putin iki dəfə bəyan edib ki, Rusiya Ukraynada işğal etdiyi ərazilərdən əl çəkməyəcək.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol