ABŞ Prezidenti Co Baydenin İsrailin Qəzzaya hücumlarının Ramazan ayında dayandırılacağı ilə bağlı açıqlaması ciddi reaksiyalara səbəb olub.

“AzPolitika.info” xəbər verir ki, Bayden dondurma yeyə -yeyə İsrailin hücumları zamanı təxminən 30 min fələstinlinin həyatını itirdiyi Qəzzada atəşkəslə bağlı açıqlamalar verib.

Baydenin bu davranışı dünya ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri növbəti dəfə Baydeni qeyri-ciddi dövlət başçısı olmaqda ittiham ediblər.

“AzPolitika.info”