Menu

Ukrayna gün ərzində Rusiyanın ikinci Su-34 qırıcısını vurub (Yeniləndi)

27.02.2024, 19:32
Ukrayna gün ərzində Rusiyanın ikinci Su-34 qırıcısını vurub (Yeniləndi)

Ukrayna Hava Qüvvələri gün ərzində Rusiyanın ikinci Su-34 qırıcı-bombardmançı təyyarəsini vurub.

APA UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşuk "Telegram"da məlumat verib.

Oleşuk vurulan Rusiya təyyarəsinin fotosunu paylaşıb.

Hərbi Hava Qüvvələrinin komandanı səhər saatlarında da Ukraynanın şərqində Rusiyaya məxsus Su-34-ün vurulduğu barədə məlumat vermişdi.

***

Bu gün səhər cəbhənin şərq istiqamətində Ukrayna Silahlı Qüvvələri daha bir Rusiya hərbi təyyarəsini məhv edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşuk öz teleqram kanalında məlumat paylaşıb.

Məlumatda deyilir ki, Ukrayna qüvvələri Rusiyaya aid “Su-34” qırıcı-bombardmançı təyyarəsini məhv edib.

Oleşuk qeyd edib ki, fevralın 26-da da Ukrayna Hərbi Hava Qüvvələri Rusiya təyyarəsini vurmağa cəhd edib, lakin həmin gün rusiyalı pilotlar Ukrayna raketlərindən yayınmağa müvəffəq olublar. Bu gün isə alınmayıb...

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol