Milyarderlərin nüvə müharibəsi, epidemiya, iqlim dəyişikliyi və bu kimi digər təbii fəlakətlər zamanı təhlükəsizliyini təmin etmək üçün yüksək texnologiyalarla təchiz olunmuş yeraltı sığınacaq inşa olunur.

“AzPolitika” xəbər verir ki, layihənin müəllifi “SAFE” şirkətinin icraçı direktoru Al Korbidir. O, şirkətin zəngin insanlara müraciət etdiyini və bunkerin milyonlarla dollara başa gəldiyini, hələ işlərin tam bitmədiyini deyib. Dünyanın ən varlı adamları üçün hazırlanan sığınacağın tikilməsində məqsəd milyarderləri mümkün qiyamət günündə ortaya çıxacaq təhlükələrdən qorumaqdır.

SAFE” şirkəti tərəfindən inşa edilən sığınacaqda yüksək texnologiyalı tibb otaqlar, gizli təhlükəsizlik qapıları, güclü su şırnaqları mövcuddur. Bundan əlavə, obyektin xaricində paraşütlər və helikopterlər yerləşdirilib. Bu sığınacağın ən diqqət çəkən xüsusiyyəti özünəməxsus su sisteminin olmasıdır. Obyektə daxil olmaq üçün 100 fut dərinlikdəki körpüdən istifadə olunur. Tunellər isə polad örtüklərlə əhatə olunub.


Bu sığınacağın nə qədərə başa gələcəyi hələlik bəlli deyil. Hazırda sığınacağın daha çox evakuasiya marşrutu ilə əhatə olunmasıyla bağlı işlər gedir.

Qeyd edək ki, “SAFE” milyarderlər üçün sığınacaq tikən ilk şirkət deyil. Bu işlə məşğul olan “Creative Home Engineering” və “Vivos” kimi digər şirkətlər də var. Maraqldır ki, son dönəmlər imkanlı şəxslərin bu tip bunkerlərə marağı xeyli artıb. 

Məsələn, “Meta” şirkətinin qurucu Mark Zukerberq və “Microsoft”un sahibi Bill Qeytsin də şəxsi bunkerlərinin olduğuna dair iddialar var.

“AzPolitika.info”