Menu

Emin Əmrullayev müəllimlərlə bağlı cəmiyyətə müraciət edib

29.02.2024, 19:54
Emin Əmrullayev müəllimlərlə bağlı cəmiyyətə müraciət edib

Elm və təhsil naziri Emin Əmrullayev cəmiyyətə müraciət edib.

O, bu gün keçirdiyi brifinqdə qeyd edib ki, 100 mindən çox müəllimi nüfuzdan salmaq olmaz: “İl ərzində 100 mindən çox müəllimdən 300-500 nəfəri davranış pozuntusuna yol verə bilər. Təbii ki, bu barədə tədbir də görüləcək”.

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə müəllimlərin dərsdən sonra repetitorluqla məşğul olması məsələsinə aydınlıq gətirib.

Nazir brifinqdə bildirib ki, normalda müəllim özü dərsdən sonra qalaraq şagirdlə məşğul ola bilər.

Onun sözlərinə görə, burada qeyri-qanuni heç nə yoxdur: "Bu ondan qaynaqlanır ki, uzun müddət müəllimin maaşı yüksək olmayıb. Ona görə bəzi müəllimlər repetitorluq ediblər. Biz ona görə sertifikasiya edib müəllimlərin maaşını artırmağa çalışırıq. Bununla biz müəllimlərin məktəblərdə ödənişli əsasla repetitorluq etməsinin qarşısını alacağıq. Mənim fikrimcə, müəllim öz sinfində öz şagirdlərinə ödənişli formada dərs keçməməlidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol