Menu

Albaniya “Bayraktar” partiyası alıb

01.03.2024, 20:31
Albaniya “Bayraktar” partiyası alıb

Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) partiyası Albaniyaya gətirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Niko Peleşi bildirib.

“Effektivliyi və qabaqcıl texnologiyası ilə tanınan “Bayraktar” PUA-ları artıq Albaniyadadır! İki gündür montaj işləri və paralel olaraq onların istismarı, nəzarəti üçün dəstəkləyici infrastrukturun quraşdırılması işləri aparılır. Bu, silahlı qüvvələrimizdə modernləşmə və innovasiyalara sadiqliyin rəmzidir”, - N.Peleşi feysbuk səhifəsində yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol