Məlum olduğu kimi, Antalyada keçirilən forumda Avropa İttifaqının xüsusi nümayəndəsi Türkiyənin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində həlledici rol oynaya biləcəyini deyib. O, həmçinin Türkiyənin Cənubi Qafqazda aparıcı dövlət statusuna malik olduğunu bəyan edib.
“AzPolitika” xəbər verir ki, erməni türkoloq Andranik İspiryan Aİ-nin bu mövqeyinin Qərbin Türkiyəyə Cənubi Qafqazla bağlı mandat verməsinin göstəricisi olduğunu deyib: “Bu, Qərbin Cənubi Qafqaza Türkiyənin təsir dairəsi kimi baxdığını göstərdi. Türkiyəyə bu bölgədə hökmranlıq etmək mandatı verirlər”.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan Rusiyanın zəifliyindən istifadə edərək Qarabağ məsələsini nəhayət öz xeyrinə həll edib: “Bu vəziyyətdə Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması məsələsində aktivləşməsi və Aİ-nin Qafqazdakı nümayəndəsinin bəyanatı sübut edir ki, Ankara Qərblə artıq razılığa gəlib. Türkiyənin son fəaliyyətləri Rusiya Federasiyasını bölgədən tez bir zamanda çıxarmaq imkanı əldə etmək üçün Ermənistana təsir və təzyiqi artırmağa xidmət edir”.
“AzPolitika.info”


Şərhlər
Ay dığa sən və sənin kimilər başa düşmürsünüzmi siz donuzları Bütün QAFQAZDAN RƏDD edəcəyik?